Hazırda 27-dən çox brenddən ibarət olan qrupun bütün restoranları Bakıda yerləşir. Ölkənin ən böyük restoran şəbəkəsi olub, yerli, Pan-Asiya, Avropa, Meksika, Ərəb və Hind mətbəxlərinin təmsil olunduğu restoranlarla yanaşı, “BigChefs” və “Pidem” kimi dünya brendlərinin Bakı təmsilçiliklərindən ibarətdir.
Məqsədimiz yerli və dünya mətbəxinin ən ləziz nümunələrini qonaqlarımıza ən gözəl şəkildə təqdim etmək, eyni zamanda sevdiklərinin çevrəsində xoş zaman keçirmələrini təmin etməkdir. Daim yeniliklərə və inkişafa açıq olan personalımız mütəmadi olaraq yeni layihələr üzərində çalışır. Bunun nəticəsidir ki, ildən-ilə yeni brendlərimiz və konseptlərimizlə müştərilərə xidmət sahəmizi genişləndirmişik. Lakin bununla da yetinmir, müştəri ehtiyaclarına və bazar tələblərinə uyğun yeniliklər və inkişaf üzərində çalışırıq. Bizi seçdiyiniz üçün təşəkkür edirik. Nuş olsun!
RƏQƏMLƏR DANIŞIR...
illik təcrübə
brend, restoran, bar və pab
peşəkar əməkdaş
xoşbəxt qonaq
DƏYƏRLƏRİMİZ
Dürüstlük
Biznesimizin təməlində dürüstlüyə tam sadiqlik dayanır. Bizim üçün bu, həmişə və hər zaman, hətta heç kəsin müşahidə etmədiyi halda belə yalnız düzgün olan addımı atmaq deməkdir.
Gəlirlilik
Biz öz səhmdarlarımızın və yekun etibarilə cəmiyyətin xeyrinə mənfəət və fayda yaradırıq. Əslində, bu gün qazanılan mənfəət gələcəkdə biznesin dayanıqlı və rəqabətədavamlı olmasına təminat verir.
Sahibkarlıq ruhu
Biz yeni imkanlar axtarırıq və iri addımlar atmağa – digərlərinin cəsarət etmədiklərini etməyə və gedə bilmədikləri yerlərə getməyə hazırıq. Komandamız çətinliklərdən qorxmur, əksinə, onları artım üçün fürsət kimi dəyərləndirir.
Keyfiyyət
Ətrafdakılar həmişə verdiyimiz məhsulun və ya göstərdiyimiz xidmətin keyfiyyətinə əsasən bizə qiymət verəcək. İşimizin keyfiyyəti heyətimizin fədakarlığı və peşəkarlığı ilə düz mütənasibdir.
Əməkdaşlıq
Biz müştərilərimiz, tərəfdaşlarımız və təchizatçılarımızla əməkdaşlıq edərkən bazardakı gözləntiləri artıqlaması ilə üstələyirik. Bu sinerjilərin təsiri fərdi surətdə qoyulan istənilən töhfədən dəfələrlə böyükdür.