ƏLAQƏ
SAFFRON Restaurant Grouр
153 Neftchiler Ave
AZ1010, Baku, Azerbaijan
Atelier Vivanda : Steak House
qalereya üçün seçin
Ünvan : Neftçilər Prospekti 153
AZ1010 Bakı, Azərbaycan

İş Vaxtı:
Çərşənbə axşamı - Bazar.
12:00-15:00
18:00-00:00
Bazar ertəsi – Bağlıdır
Tel : (012) 404 82 04
E-poçt :

ƏTRAFLI MƏLUMAT

Atelier Vivanda-nın tarixi 2012-ci ilin payızında başlayıb. Fransız şef- Akram Benalla- 2 Mişelin ulduzunun sahibi Parisin ürəyində, 16-cı dairəsində kiçik amma çox isti və rahat qastronomik restoranını açdı. Buranın baş qəhramanı isə keyfiyyətli ət oldu. Atelier Vivanda-nın yaradıcıları onun haqda bucür deyirlər: “Biz qabınızdakı hər bir heyvanın əsil nəcabətini şəxsən tanıyırıq”

Lakonik interyer, salfet əvəzinə dəsmal, sadə kənd qab-qacağı və hər masaya qoyulmuş brendli təbii yağ şüşəsi- Atelier Vivandada sizi ən mühümü olan- yeməkdən, heçnə yayındıra bilməz! Burada alovlu qril-masasında ribay,ti-boun və flank kimi ibrətamiz steyklər yaranır. Fransada çox sevilən, ən dadlı kartof yeməkləri, əti, ahəng yaradaraq tamamlayır. Menyuda qratenlər, şorbalar, salatlar, kroketlər və hələm onlarla yerli məhsullardan hazırlanmış mövsümü xörəkləri tapacaqsınız. Dünyanın hər bucağndan gətirilmiş ən keyfiyyətli ət, doyumlu isti kartof xörəkləri və bir badə keyfiyyətli sadə çaxır. Atelier Vivandada mükəmməl şam yeməyi məhz bu cür olur-  burada artıq heçnə yoxdur, yalnız valeh edən dadlar və incə teksturalar.

Atelier Vivanda-nın kompakt və rahat məkanı, vintaj ruhu ilə əsl təbii materialların ahəngi təşkil edir. Kobud dəri, müştərilərin şəxsi bıçaqlarının bərkimiş poladı, işlənməmiş təbii ağac, mozaykalı döşəmə, isti çalarlar- interyer təbiətdən və Atelier Verandanın yaradıcıları dediyi kimi inəklərin özündən ilhamlanmışdır. Mətbəx açıqdır- istənilən vaxt hər kəs Fransız aşpazların işini şəxsən müşahidə edə bilər. “Sadə və asan”- bu Atelier Vivandanın mətbəxinin, interyerinin və heyətinin kredosudur.

Atelier Vivandaya gəlməyinizin əsas səbəbi - üzərində ən peşəkar, istedadlı şeflərin işlədiyi,  Amerika, Hollandiya və Fransadan gətirilmiş yüksək keyfiyyətli ətdir. Dünyanın bütün qastronomik kritikləri  sizi bu işdə dəstəkləyəcəklər- elə ki,2013-cü ildə ilk Atelier Vivanda restoranı Michelin Guide tərəfindən Bib Gouramand mükafatını almışdır. Qastronomik Atelier Vivanda layihəsi 2015-ci ildə Fransa hüdudlarından qırağa çıxmışdır və birinci Honk Konq və Manilaya gəlmişdir, indi isə Bakıdadır. Atelier Vivanda Baku-nun kiçik heyəti uzun müddət ərzində, necə lazımdır açılışa hazırlaşır ki, siz Fransız mətbəxini ilk qaşıqdan, ilk çəngəldən sevəsiniz! Parisin Bakıdaki qastronomik parçası Neftçilər prospekti 153-də / Port Bakuda yerləşir.