ƏLAQƏ
SAFFRON Restaurant Grouр
153 Neftchiler Ave
AZ1010, Baku, Azerbaijan
Ladurée Azərbaycan :
qalereya üçün seçin
Ünvan : Neftçilər prospekti 151, Port Baku Mall, 1-ci mərtəbə,N38

İş Vaxtı:
Bazar ertəsi-Bazar 10:00-22:00
Tel : (+994 12) 404 82 32

ƏTRAFLI MƏLUMAT

ƏZİZ DOSTLAR!

BİZ SİZİN ÜÇÜN AÇIQ OLDUĞUMUZU ELAN ETMƏKDƏ ÇOX ŞADIQ!!!
SƏBİRSİZLİKLƏ YOLUNUZU GÖZLƏYİRİK!!!

ZƏNG EDİN ÖZ MASANIZI SİFARİŞ EDİN: (012) 404 82 32

 

Laduree-nin tarixi Parisin çay evi tarixi Laduree ailəsi ilə sıx bağlıdır. Hər şey, 1862-ci ildə Fransanın cənub-qərbindən olan  dəyirmançı Ernest Laduree-nin Parisin Royale 13 küçəsində qənnadı açması ilə başlandı.

1871-ci ildə, Baron Haussmann Parisə yeni görünüş verərkən, qənnadıda olan yanğın, onun şirniyyat mağazasına çevrilməyi üçün imkanlar yaratdı.

Şirniyyat mağazasının dekorasiyası məşhur rəssam Jules Cherete –yə həvalə edildi.İkinci İmperiyanın hakimiyyəti dövründə kafelər inkişaf edib  dəbdəbəli bir yerə çevrilir və Parisin elit ictimaiyyətini özlərinə cəlb etməyə başlayırdılar.

Laduree Azərbaycan, onun ən gözəl qutularında saxlanılan makaron kolleksiyasını, Laduree Parisdən gələn qənnadçılar tərəfindən yerindəcə bişirilən şirniyyatlar və un məmulatları çesidini, alış - veriş çantalarını, delikateslərini , ətirli şamlarını və ev üçün ətirlərini təqdim edir.

Şirin və dadlı yeməklər ilə zəngin olan menyunun yaradılmasında, Laduree-nin qənnadçıları öz istedad və təcrübələrini istifadə ediblər.

Burada, siz həm özünüz, həm də hədiyyə üçün ləziz delikateslər tapa bilərsiniz, çünki Laduree üçün şirniyyat yalnız əyləncə yox, vaxta dəyərli yanaşma fəlsəfəsidir.

Laduree Azerbaycana ən gözəl qutularında saxlanılan məşhur makaronlarını, həmçinin şirniyyatlarını, çaylarını, cemlərini, ətirli şamlarını, dadlı və şirin yeməklər ilə zəngin olan menyusunu gətirir.

Bütün delikateslar həm özünüz, həm də başqaları üçün ideal hədiyyədir.