Saffron futbol çempionatı

calendar-icon Created with Sketch. 1 May 2019

Aprel ayında başlanan Saffron Restaurant Group-un daxili futbol çempionatında şirkətə daxil olan bütün restoranlar heyətlərindən təşkil olunmuş komandalarla çıxış etmişlər.
Timbildinq ideyasına əsaslanan çempionat, komanda üzvlərinin marağına səbəb olmuş və nəticədə, Chinar və MIF komandaları fərqlənərək finala çıxmışdır. 
28 aprel saat 11:00-da Chinar və MIF komandaları arasında baş tutmuş final qarşılaşmasında isə MIF komandası qalib gələrək çempion olmuşdur. 
Saffron Restaurant Group olaraq biz, bütün çempionat iştirakçılarına minnətdarlığımızı bildirir və MIF komandasını çempionluq münasibətilə təbrik edirik.