Haqqımızda

"Saffron" Restoranlar Qrupu öz fəaliyyətinə 2010-cu ildə "Çinar" restoranı ilə başlamışdır. Hal hazırda 19 brenddən ibarət olan qrupun bütün restoranları Bakıda yerləşməkdədir. Ölkənin ən böyük restoran şəbəkəsi olub, yerli, panaziya, Avropa, Meksika, ərəb, hind mətbəxlərinin təmsil olunduğu restoranlarla yanaşı Hard Rok Kafe, Ladure kimi dünya brendlərinin Bakı təmsilçiliklərindən ibarətdir. Məqsədimiz yerli və dünya mətbəxinin ən ləziz nümunələrini qonaqlarımıza ən gözəl şəkildə təqdim etmək, eyni zamanda sevdiklərinin çevrəsində xoş zaman keçirmələrini təmin etməkdir. Daim yeniliklərə və inkişafa açıq olan personalımız yeni layihələr üzərində çalışır. Bunun nəticəsidir ki, sadəcə 2018-ci ildə 3 yeni brendlə ( "Masti" Baku, "Madrid" Bar, "Chicago" Club) müştərilərimizə xidmət sahəmizi genişləndirmişik, lakin bununla da yetinmir, müştəri ehtiyaclarına və bazar tələblərinə uyğun yeniliklər və inkişaf üzərində çalışırıq. Bizi seçdiyiniz üçün təşəkkür edirik. Nuş olsun!